KANAL24.AZ
Az Iw En Ru

Şeyxülislam Livana getdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 4-də Livan dövlətinə səfərə yola düşüb.

Səfərdə məqsəd Məzhəblərin yaxınlaşması təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir. İslam dünyasında nüfuzlu qurum olan Ali Şurada dünyada cərəyan edən hadisələr fonunda islami həmrəyliyin, məzhəblərarası anlaşmanın, ümumislami maraq və mənafelər naminə müsəlmanların vahid mövqedən çıxış etməsinin vacibliyi məsələləri müzakirə olunacaq, müsəlman aləmində tanınmış üləmaların çıxışları dinləniləcək.

QMİ sədri məşvərət toplantısında Ali Şuranın üzvü olaraq çıxış edəcək.


16:36 05.11.2015
Xəbər lenti
Bütün xəbərlər