KANAL24.AZ
Az Iw En Ru

UBER Black Azərbaycanda fəaliyyətini dayandıracaq

10 noyabr tarixindən başlayaraq Azərbaycanda fəaliyyət göstərən UBER taksi xidmətinin UBER Black qanadının işi dayandırılacaq.

Bunun səbəbi bu istiqamətin maddi ziyana işləməsidir.

Sadə maşınlardan fərqli olaraq, UBER Black-da çalışan bahalı maşınların sürücüləri günün bəzi saatları üçün əlavə məvacib alırlar. Sifarişlərin azalması fonunda onlar tərəfdən qazanılan pul xərcləri qarşılamır. 

Qeyd edək ki, UBER Black premium seqmentə yönəlmişdir, və UBER Black-da işləyən maşınlar elit və bahalı markalardan ibarətdir.

Qeyd edək ki, UBER X, yəni adi maşınlardan ibarət xidmət fəaliyyətinə davam edəcək.

Amma nəticə olaraq UBER Azərbaycanda fəaliyyət göstərən Baku taxi, 189, Dost Taxi və başqa adi taksi xidmətlərindən artıq heç nə ilə fərqlənməyəcək.


22:32 04.11.2015
Xəbər lenti
Bütün xəbərlər