KANAL24.AZ
Az Iw En Ru

"Görünür, İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə “reaksiya” verdilər"

“Naxçıvan istiqamətində uzun müddət şəhid verməmişdik. Azərbaycan prezidenti Naxçıvana səfər edərək Ermənistanın ünvanına xəbərdaredici açıqlama verib geri qayıtdıqdan sonra Naxçıvanda şəhid verdik”.

Kanal24 xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. 
 
O qeyd edib ki, bu hadisənin baş  verməsi təsadüfi deyil: “ Görünür, İlham Əliyevin Naxçıvandakı açıqlamasına bu şəkildə “reaksiya” verdilər. Özü də bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar. Bu Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj" idi. Doğrudur, cavabını dərhal aldılar, ancaq bu cavab birə-bir olmamalıdır, vaxtilə müdafiə naziri Zakir Həsənovun dediyi kimi bir şəhidimizin qarşlığında onlarla düşmən hərbçisi neytrallaşdırılmalıdır. Növbə bizimdir. Bu dəfə Azərbaycan ordusu cəbhə bölgəsindən Nikol Paşinyana mesaj yollamalıdır”.

19:04 21.05.2018
Xəbər lenti
Bütün xəbərlər