KANAL24.AZ
Az Iw En Ru

Mərkəzi Bank: problemli kreditlər artır

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvar-sentyabr ayları üçün hesabatı dərc edib.

Mərkəzi tənzimləyicinin məlumatına görə, oktyabrın 1-i üçün ümumi kredit portfeli 19 milyard 113,5 milyon manat təşkil edib ki, bunun da 1 milyard 353,8 milyon manatını və ya 7,06 faizini problemli kreditlər təşkil edir.

Ötən il oktyabrın 1-i üçün göstərcilərlə müqayisədə uğursuz borclar 380,6 milyon manat və ya 39,11 faiz artıb. Əgər nəticəni qismən fevral devalvasiyanın adına çıxmaq olarsa (ABŞ dollarına nisbətdə - 34,5%), digər qaytarılmayan hissəni həm sahibkarların, həm də istehlak krediti istifadəçilərinin imkanlarının azalması ilə əsaslandırmaq olar. Belə ki, təkcə bir ay ərzində - sentyabrın 1-i üçün problemli kreditlərin həcmi 20,2 milyon manat (1,51 faiz) artıb.

AMB-nin məlumatına görə, ay ərzində iqtisadiyyata kreditlər şəklində investisiyalar azalıb: 982,3 milyon manat və ya 4,89 faiz.

AMB bunu Azərbaycan Beynəlxalq Bankında restrukturizasiya tədbirləri ilə əsaslandırır.


20:12 03.11.2015
Xəbər lenti
Bütün xəbərlər