KANAL24.AZ
Az Iw En Ru

“Kişi kimi hərəkət edib istefa verərdim” - İlyas İsmayılov

“Mən seçkilərdən uduzmamışam. Seçki ədalətli, şəffaf keçirilsəydi və belə bir seçki mühitində, əsl mübarizədə uduzsaydım, kişi kimi hərəkət edib partiyadan istefa verərdim”.

Bunu Modern.az saytına açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib. O bildirib ki, seçkilərin nəticəsi saxtalaşdırılıb. “Mən uduzmamışam. Kim deyirsə ki, mən uduzmuşam bu onun “strateji” düşüncəsinin məhsuludur. Ədalətli seçkidə uduzsaydım, partiyadan istefa verərdim”.

İlyas İsmayılov bildirib ki, o seçki prosesində saxtakarlığa qarşı dirəniş göstərir. “Mən niyə geri çəkilməliyəm ki?! Saxtakarlıq edib, insanların iradəsini sındırıblar, heç kimin tanımadığı adamı qalib elan ediblər. Mən məğlub olmamışam”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən bitərəf Ülviyyə Ağayeva rəqibi İlyas İsmayılovdan çox səs toplayaraq Milli Məclisə deputat mandatı qazanıb.


20:29 02.11.2015