KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
 
Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

18:53 29.10.2015
Xəbər lenti
Bütün xəbərlər