KANAL24.AZ
Az Iw En Ru

“Əli İnsanov qardaşının yasına getməkdən imtina edib” - Penitensiar Xidmət

“Mətbuatda məhkum Əli İnsanovun qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirakına razılıq verilməməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

Kanal24 xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin APA-ya verilən məlumatda deyilir.

Bildirilir ki, onun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Penitensiar Xidmətdə baxılıb, humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərar qəbul edilib və Ə. İnsanova mərasimdə iştirak etmək üçün icazə verilib. Lakin Ə. İnsanov özü bu imkandan istifadə etməkdən imtina edib.

“Təəssüf ki, belə bir hüzn tədbirini öz maraqları naminə istifadə edən Əli İnsanovun vəkilləri mətbuatda təhrif edilmiş məlumatlar yayıblar. Penitensiar Xidmət hesab edir ki, bu kimi hadisədən sui-istifadə edilməsi mənəviyyata sığmır”, - deyə o vurğulayıb.


02:10 28.10.2015
Xəbər lenti
Bütün xəbərlər