KANAL24.AZ
Az Iw En Ru

Sabah Nazirlər Kabineti istefa verəcək

Konstitusiyanın tələblərinə görə, prezidenin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verir.

Kanal24 xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki,  bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə prezidentin üzərinə qoyulmuş vəzifədir:

“Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya uyğun şəkildə Azərbaycan Respublikasının Nazirlər Kabinetini formalaşdıracaq”. 

00:37 18.04.2018
Xəbər lenti
Bütün xəbərlər