KANAL24.AZ
Az Iw En Ru

Leyla Əliyeva hansı azərbaycanlı aktrisası ilə birgə fotosunu paylaşdı?

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrının solisti, istedadlı aktrisa, 2017-ci ilin yekununa görə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənc aktrisası" nominasiyasında mükafata layiq görülən, Beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova ilə birlikdə çəkilən şəklini "İnstaqram" hesabında çoxsaylı izləyiciləri ilə paylaşıb.

Gənclərin yaradıcılıq fəaliyyəti və inkişafları üçün daim şərait yaratmağa çalışan Leyla Əliyeva Musiqili Teatrda olarkən Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan "Balaca şahzadə" tamaşasının məşqlərini izləmiş, aktyorların ifalarından razı qaldığını bildirmiş və onlarla xatirə şəkilləri çəkdirmişdir. O, Aydan Həsənovaya canlandırdığı Qızıl gül obrazına görə də xoş sözlərini bildirmişdir.

Qeyd edək ki, A.Həsənova aktrisalıq karyerası ərzində Ü.Hacıbəylinin "O olmasın, bu olsun"(Gülnaz), "Arşın mal alan" (Gülçöhrə), İ.Kalmanın "Silva" (Stassi), Elçinin "Baladadaşın toy hamamı"(Bikə) və başqa tamaşalarda yaddaqalan rollar ifa edib."Leyla Əliyevanın Musiqili Teatra səfərindən müəyyən vaxt keçsə də, bu yaxınlarda "İnstaqram" hesabındakı paylaşımı təkcə bir aktrisaya deyil, bir daha Musiqili Teatra və burada çalışan gənclərə diqqətinin göstəricisidir, bu diqqəti üçün ona təşəkkür edirəm" - deyə istedadlı aktrisa Aydan Həsənova bildirib.


21:45 16.04.2018
Xəbər lenti
Bütün xəbərlər