KANAL24.AZ
Az Iw En Ru

“Seçkilər tarixi hadisə kimi yadda qalacaq” - Ramiz Mehdiyev

“Seçkilər çox yaxşı keçib”.

Bu sözləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq seçicilərin 70 faiz səs verib: “Güman edirəm ki, bu seçkilər tarixi hadisə kimi yadda qalacaq. Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib. Ölkəmiz beynəlxalq səviyyədə tanınıb. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbidir”.

Ramiz Mehdiyev qeyd edib ki, seçkilər şəffaf və demokratik keçir.


01:57 12.04.2018