KANAL24.AZ
Az Iw En Ru

Saat 17:00-dək respublika üzrə seçici fəallığı 69,93 faiz təşkil edib

Azərbaycanda prezident seçkilərinin saat 17:00-a olan nəticələri məlum olub. Sechki-2018.az saytının xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Ümumilikdə Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə bundan sonra saat 19:00-da məlumat veriləcək.


00:32 12.04.2018