KANAL24.AZ
Az Iw En Ru

Ağdamın Əhmədağalı kəndinin sakinləri Mahirə Əsadovaya Xurşud Banu adı verdilər

Ağdam rayonunun cəbhə xəttində yerləşən Əhmədağalı kəndində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin (İB) təşəbbüsü ilə qazılan subartezian quyusunun və şəhid Şəmsəddin İsgəndərovun adını daşıyan bulağın açılışı olub.

Rayon ictimaiyyətinin nümayəndələrinin, kənd sakinlərinin iştirakı ilə keçirilən tədbirdə İB-nin sədri Mahirə Əsədova, Ağdan Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və başqaları çıxış edərək, sakinləri 15 iyun – Milli Qurtuluş günü və subartezian quyusunun istifadəyə verilməsi münasibətilə təbrik ediblər.

Bildirilib ki, subartezian quyusundan kənd xəstəxanasına, uşaq bağçasına və 144 evə su xətləri çəkiləcəkdir.


22:01 23.10.2015
Xəbər lenti
Bütün xəbərlər