KANAL24.AZ
Az Iw En Ru

Prezident seçkilərində ən aktiv və passiv seçki dairələri açıqlandı

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 51 saylı Qusar seçki dairəsidir. Bu seçki dairəsində 46 600 seçicidən 20 775-i (44.58%) artıq səsvermədə iştirak edib.

Saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən aşağı olduğu dairə isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 068 seçicidən 10 271 seçici (25.63%) səsvermədə iştirak edib.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.


21:09 11.04.2018