KANAL24.AZ
Az Iw En Ru

Mahirə xanım Əsədova Denise Duran ilə görüşdü

Kanal24 xəbər verir ki, oktyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisində  “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri  Mahirə Əsədova ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin rəhbəri Denise Duran arasında görüş keçirilib.

Görüşdə Denise Duran “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri  Mahirə Əsədovaya xeyriyyə tədbirləri keçirdiyi üçün təşəkkür edib.

O deyib ki, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Ağdam rayonunun Əhmədağalı kəndində “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin maddi vəsaiti ilə qazılan artezian quyusundan 160-a yaxın fərdi evlə yerli məktəbə və xəstəxanaya  su xətlərinin çəkilişi  hazırda uğurla başa çatdırılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin başçısı Denise Duran cəbhə bölgəsində Ağdamın Əhmədağalı kəndində suya ehtiyacı olan əhalinin su ilə təmin olunması üçün artezian quyusunun qazılaraq əhalinin istifadəsinə verilməsini mühüm hadisə hesab edib. Və "Yeni Yurd" təşkilatının Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıq etməsini yüksək dəyərləndirib.

Eyni zamanda görüşdə iştirak edən Beynəlxalq Qızıl Xaç Komitəsinin regional nümayəndəliyinin sədri Katia Sorin ilə fikir mübadiləsi aparan xanım Mahirə Əsədova bildirib ki, ”Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi Heydər Əliyev Fondunun o cümlədən fondun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi işləri hər zaman dəstəkləyir. Və bu missiyadan çıxış edərək rəhbərlik etdiyi təşkilat xeyriyyə aksiyalarını gerçəkləşdirir: "Biz öz maddi imkanlarımız daxilində cəmiyyətimiz üçün xeyirli ola biləcək müxtəlif tədbirlər keçiririk. Ağdam rayonunun cəbhə xəttində yerləşən Əhmədağalı kəndində qazılan artezian quyusunun istifadəyə verilməsi və fərdi evlərə, xəstəxanaya, məktəbə suyun çəkilməsi çox sevndirici haldır. Biz Ağdamın Çəmənli kəndində də artezian quyusu qazdırmağı nəzərdə tutmuşuq. Bu artezian quyusunun qazılması zamanı Beynəlxalq Qızıl Xaç cəmiyyəsi ilə əməkdaşlıq edəcəyik" deyə, Mahirə Əsədova qeyd edib.

Daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin başçısı Denise Duran “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi şəxsən ictimai birliyin sədri Mahirə Əsədova ilə əməkdaşlığın davam etməsindən məmnunluğunu ifadə etdi.

Xatırladaq ki, noyabrın 1-dən 9-na kimi Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin mühəndisləri Çəmənli kəndində artezian quyusunun qazılması və kəndə suyun verilməsi ilə  bağlı işə başlayacaq. Daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin başçısı Denise Duran “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi şəxsən ictimai birliyin sədri Mahirə Əsədova ilə əməkdaşlığın davamlı olmağının sevindirici hal olduğunu bildirdi.


02:27 24.10.2015
Xəbər lenti
Bütün xəbərlər