KANAL24.AZ
Az Iw En Ru

Yağışlı hava davam edəcək

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.

Kanal24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağma ehtimalı var. Gündüz havanın dəyişkən olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında havanın temperaturu gecə 11-14, gündüz 16-19 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.


20:14 22.10.2015
Xəbər lenti
Bütün xəbərlər