KANAL24.AZ
Az Iw En Ru

Sloboda: MDB missiyasının 221 üzvü seçkini izləyəcək

Azərbaycanda Prezident seçkiləri günü səsverməni MDB missiyasının 221 üzvü müşahidə edəcək. 

Bu barədə MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda məlumat verib.

“Missiya Azərbaycanın, demək olar, bütün seçki dairələrində seçkiləri müşahidə etmək niyyətindədir.

Hər şeyi əhatə etməyi planlaşdırırıq”, - Y.Sloboda deyib.

O bildirib ki, müşahidə missiyasının rəhbəri, MDB-nin İcraçı katibi Sergey Lebedev Bakıya aprelin 10-da gələcək.

Xatırladaq ki, MDB-nin uzunmüddətli müşahidə missiyası martın 20-dən Azərbaycandadır.

Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək.


22:08 06.04.2018