KANAL24.AZ
Az Iw En Ru

Nəqliyyat hadisələri ilə bağlı 2363 müraciət daxil olub – STATİSTİKA

Statistik rəqəmlərə əsasən, 2017-ci il ərzində BŞT və TTYS-nə nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. 

Bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva bu gün keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, həmin hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub:

“Bədbəxt hadisələr bugünkü günümüzün ən acı reallıqlarından biridir. Onların əksəriyyəti nəqliyyat hadisəsi səbəbindən yaranır. Belə olduğu təqdirdə stansiyamız həmin proseslər zamanı çevik şəkildə dərhal tədbirlər planı həyata keçirib”.


19:47 05.04.2018
Xəbər lenti
Bütün xəbərlər