KANAL24.AZ
Az Iw En Ru

Azərbaycana Çin və Hindistandan gələn turistlərin sayı artır

"Azərbaycana Çin və Hindistandan gələn turistlərin sayı getdikcə artır".

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

O bildirib ki, Çin və Hindistanın turistləri Azərbaycan ilə çox maraqlanırlar: "Ordan Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Həmin ölkələrdən cəlb ediləcək turistlərin sayının artırılması üçün müxtəlif təbliğat işləri aparılır, Azərbaycan nümayəndələri beynəlxalq sərgi və konfranslarda iştirak edirlər". 

A.İsmiyev əlavə edib ki, son 2-3 ildə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb və bu artım ilbəil davam edir.

Nazirlik rəsmisi onu da qeyd edib ki, hazırda Azərbaycanda mehmanxanalar üçün halal turizm standartlarının tətbiqi məsələsinə də baxılmaqdadır: "Halal turizmin standartlarına dair sənədlər baxılması üçün dövlət qurumlarına verilib".


21:24 04.04.2018
Xəbər lenti
Bütün xəbərlər