KANAL24.AZ
Az Iw En Ru

Bakıda bayraq dirəyinin sökülməsi məsələsinə aydınlıq gətirildi

Azərbaycan Baş nazirinin müavini Abid Şərifov Dövlət Bayrağı Meydanında bayraq dirəyinin sökülməsi məsələsinə aydınlıq gətirib.

A.Şərifov bildirib ki, Bakı küləkli şəhər olduğu üçün burada hər bir qurğu tikiləndə onun küləyə davamlılığı nəzərə alınmalıdır: "Söhbət təkcə bayraq dirəyindən getmir, bu, yüksək mərtəbəli binalara da aiddir". 

Baş nazirin müavininin sözlərinə görə, yəqin ki, Bayraq Meydanında bayraq dirəyinin sökülməsi küləyə və ya zəlzələyə qarşı hansısa səhvlərlə əlaqədar olub: "Buna görə, xarici ekspertlər də dəvət olunmuşdu və qərara gəlindi ki, dirək sökülsün".


21:12 04.04.2018
Xəbər lenti
Bütün xəbərlər