KANAL24.AZ
Az Iw En Ru

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, xəstəxananın baş həkimi, direktorun birinci müavini vəzifəsinə Hüseyn Şahmalıyev təyin edilib:

“Hüseyn Şahmalıyev əvvəl xəstəxananın Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. Bir müddətdir ki, direktorun birinci müavini vəzifəsini icra edirdi. Artıq o, xəstəxanın baş həkimi və direktorun birinci müavini vəzifəsinə təyin edilib”.

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdi.(publika)


20:25 04.04.2018
Xəbər lenti
Bütün xəbərlər