KANAL24.AZ
Az Iw En Ru

Bakı limanının köçürüləcəyi tarix açıqlandı

"Bakı limanı bu ilin sonlarında köçürüləcək".

Açıqlamasında Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov bildirib. 

T. Ziyadov deyib ki, hazırda Beynəlxalq Dəniz Ticarət Limanını tikintisinin birinci fazası davam edir və bu fazanın bu ilin ortalarında yekunlaşması nəzərdə tutulur: "May ayında birinci faza ilə əlaqədar bütün işlərin tamamlanması nəzərdə tutulur. Birinci fazaya kontinent terminalı, quru yük terminalı, ağır yük terminalı, Ro-Ro terminalı daxildir. Ro-Ro terminalı artıq bu il yanvarın 9-dan açılıb. Bu ilin sonundan Bakı limanı köçürüləcək". 


19:48 04.04.2018
Xəbər lenti
Bütün xəbərlər