KANAL24.AZ
Az Iw En Ru

Məşhur ginekoloq Səbinə Mirzəyeva vəfat etdi

“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib.

Kanal24 xəbər verir ki,bu barədə “Qafqazinfo”ya “Baku Medical Plaza”nın plastik cərrahı Sirus Qoçqani məlumat verib. Onun sözlərinə görə,  həkimin qəflətən təzyiqi qalxıb, beyninə qan sızıb və vəfat edib. 

Allah rəhmət eləsin!

Qeyd edək ki, Səbinə Mirzəyeva ölkənin məşhur ginekoloqlarından biri idi. O, Azərbaycan Tibb Universitetinin məzunu olub. Bir müddət Milli Onkologiya Mərkəzində, Mərkəzi Neftçilər Xəstəxanasında çalışan xanım cərrah 2013-cü ildən Bakı Medikal Plazada işləyir.

Səbinə Mirzəyeva, həm də pasiyentlərin sevimli həkimi kimi tanınırdı. Hazırda sosial şəbəkələrdə xəbəri öyrənən dostları və pasiyentləri şok içərisindədir.

 





 

 


21:16 03.04.2018
Xəbər lenti
Bütün xəbərlər