KANAL24.AZ
Az Iw En Ru

Rusiyada qalmaqal: Qırmızı geyimli əsmər Azərbaycana qaçdı

“Yüksək rütbəli paqonlar çıxarılacaq!”.

Rusiyanın Sverdlovsk vilayətinin hüquq-mühafizə orqanları baş prokuror Yuri Çaykanın Yekaterinburq şəhərinə gəlişi ərəfəsində böyük qalmaqalla üzləşib.

Mənbələrin bildirdiyinə görə, yerli prokurorlara, hakimlərə və polis müstəntiqlərinə rüşvət verilməsinə dair istintaqı davam edən cinayət işində əsas fiqur olan azərbaycanlı vəkil Elnarə Salmanova ev dustaqlığından qaçıb.

Oxu.Az “UralPolit.ru”ya istinadən xəbər verir ki, Elnarə Salmanova polis müstəntiqinə rüşvət verərkən Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk idarəsinin əməliyyatçıları tərəfindən iş başında yaxalandıqdan sonra məşhur vəkil olub.

Cəzasını yüngülləşdirmək üçün o müstəntiqlərə ittiham edilən şəxslərin problemlərini həll etmək üçün hüquq-mühafizə orqanları və hakimlərə rüşvət verərək problemlərin həlli sxemindən danışıb.

Elnarə ona məlum olan pulvermə faktlarını və bu prosesdə iştirak edənlərin soyadlarını bildirib. Cinayət baş prokuror Yuri Çaykanın şəxsi nəzarətində olub.

Cümə axşamı oktyabrın 15-də Yekaterinburqda onun gəlişi gözlənilirdi, ancaq yerli hüquq-mühafizə orqanlarında dəhşət hissi ilə bildirirlər ki, bu ilin yayından ev dustaqlığında olan Elnarə Salmanova yoxa çıxıb.

“O, qolundakı elektron qolbağı söndürüb və Rusiya ərazisini tərk edib, hazırda Azərbaycandadır”- deyə istintaqla tanış olan mənbə bildirib.

“Çaykanın gəlişi ərəfəsində bu, ciddi qalmaqaldır. Kimlərinsə paqonları uçacaq”- deyə mənbə bildirib.

Elnarə Salmanova çoxdandır ki, sosial şəbəkələrə girmirdi, ev dustağına rabitə vasitələrindən istifadə etmək qadağandır.

“Müştəri” qolbağını çıxartdığı və o uzun müddət hərəkətsiz qaldığı halda operator siqnal alır. Amma mütəxəssislərin sözlərinə görə, aparat belə bir siqnal vermir. Sınaq zamanı qolbağı eyni yerdə 3 sutkadan artıq qalıb, bu haqda növbətçi pultuna heç bir məlumat gəlməyib. Bu isə qolbağın çıxarıldığını və ya hələ adamın qolunda olduğunu anlamq imkanı yaratmır.

RF İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin baş köməkçisi Aleksandr Şulqa Elnarə Salmanovanın işini şərh etməkdən etiraz edib.  

“Bütün suallarla Federal İstintaq Komitəsinin mətbuat xidmətinə müraciət edin”, - qısa olaraq o, cavab verib.

“UralPolit.Ru”nun müxbiri qəhrəman ilə şəxsən əlaqə saxlamaq istəyib. Amma onun Sverdlovsk vəkillər kollegiyasının saytında göstərilən əlaqə telefonu söndürülmüşdü.  

Elnarəni tapmaq mümkün olmayıb, amma onun həyat yoldaşı Mixail ilə əlaqə qurmaq mümkün olub.

O bildirib ki, Elnarənin qaçması barədə şayiələri yayan adamların “sifətinə tüpürmək lazımdır”.

“Bilmirəm bu şayiələr haradan qaynaqlanır. Onun anası bizə gəlib gedəndən sonra Elnarənin guya qolbağı çıxardaraq qaçdığı haqda xəbər yayıblar. Bu, belə deyil, görünür, kimlərəsə bu lazımdır”- Mixail deyib.

Lakin Mixail Elnarə Salmanovanın hazırda Yekaterinburqda olduğuna dair sübutları təqdim etməkdən və telefonun dəstəyini ona verməkdən imtina edib.

 


22:20 14.10.2015
Xəbər lenti
Bütün xəbərlər