KANAL24.AZ
Az Iw En Ru

Rusiya qırıcıları Suriyada 63 İŞİD hədəfini darmadağın etdi

Rusiya təyyarələri Suriyanın Hama, Lazkiyə, İdlib və Rəqqa şəhərlərində 63 İŞİD hədəfini vurub.
 
 
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, bunu Moskvada mətbuat konfransı təşkil edən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib. Konaşenkov əməliyyatlar zamanı SU-34, SU-24M, SU-25SM təyyarələrinin Hmeymim hava bazasından 64 uçuş həyata keçirdiyini deyib.
 
Konaşenkov son 24 saat ərzində həyata keçirilən hücumlarda İŞİD-in nəzarətindəki 53 gücləndirilmiş sığınacaq, bir komandanlıq mərkəzi, dörd təlim düşərgəsi və yeddi sursat anbarının məhv edildiyini bildirib.
 
 
Lazkiyədə terrorçuların ağırçaplı artilleriya ilә yüklənmiş altı avtomobilinin məhv edildiyini deyən Konaşenkov, bir SU-25SM təyyarəsinin də İdlibdəki təlim düşərgəsini vurduğunu deyib.
 
Əldə etdikləri kəşfiyyat məlumatlarına əsasən, İŞİD terrorçularının hücumları səbəbilə təşviş içində olduğunu deyən Konaşenkov, terrorçuların sursat anbarlarının Rusiya təyyarələri tərəfindən vurulduğu üçün İŞİD-in qalası sayılan Rəqqadan əlavə qüvvə və silah istədiyini açıqlayıb. Konaşenkov, bu tələbin Rəqqaya çatmasının qarşısını da aldıqlarını bildirib.

22:34 12.10.2015
Xəbər lenti
Bütün xəbərlər