KANAL24.AZ
Az Iw En Ru

Virtual karabakhyuxarı Ş.Koreya ABŞ-la danışıqlara hazırdır

Rəsmi Seul Şimali Koreya hökumətinin ABŞ-la danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

Bu barədə Cənubi Koreya prezident administrasiyasının kargüzarlıq idarəsinin bəyanatında deyilir.

Bəyanatda Şimali Koreyanın ABŞ rəsmiləri ilə hansı mövzuda danışıqlar aparacağı qeyd olunmur. Dialoqda KXDR qalmaqallı nüvə proqramının müzakirə edilib-edilməyəcəyi məlum deyil.

C.Koreyanın prezident administrasiyası bildirib ki, tərəflər Ş.Koreya ilə ABŞ arasındakı gələcək danışıqların  iki Koreya arasındakı dialoqla qarşılıqlı əlaqəli olacağına razılaşıb.

Associated Press-in məlumatına görə, Pyançanqda keçirilən Qış Olimpiya oyunlarının bağlanış mərasimində  KXDR nümayəndə heyətinin başçısı – keçmiş kəşfiyyat xidməti rəhbəri Kim Yen Çxol, Cənubi Koreya lideri və ABŞ prezidenti Donald Trampın qızı İvanka ilə eyni lojada əyləşib. Habelə onların  ünsiyyət qurması gözə dəyməyib.

Xatırladaq ki, bir müddət əvvəl Ş.Koreya nümayəndə heyəti Olimpiya oyunları zamanı ABŞ vitse-prezidenti Mayk Penslə görüşməli olsa da, sonradan KXDR tərəfi görüşü təxirə salmışdı. Pens ABŞ-ın rəsmi Pxenyanla dialoqa hazır olduğunu bəyan edib.


02:12 26.02.2018