KANAL24 ONLINE TV
Az Iw En Ru

Qəbristanlıqdan güldan oğurlayan dəstə tutuldu - Kürdəmirdə

Kürdəmirdə oğurluq hadisəsi baş verib.

Kanal24 xəbər verir ki, fevralın 8-də rayon ərazisindəki qəbristanlıqdan 2 qəbirin üzərinə quraşdırılmış güldan və çərçivəsi oğurlanıb.

Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Kərəm Abbasov, Qismət Qurbanov və bir yeniyetmə saxlanılıb.

Qeyd edək ki, son günlər rayon ərazisində qəbristanlıqdan oğurluq halları artıb. Fevralın 7-də Xırdapay kəndindəki qəbiristanlıqda qəbirlərinin ətrafına çəkilmiş məhəccərlərə quraşdırılmış alüminiumdan olan bəzək əşyaları oğurlanıb. Oğurluğu törədən 3 yeniyetmə polis əməkadşları tərəfindən tutulub.


18:52 11.02.2018