KANAL24.AZ
Az Iw En Ru

Ağır xəsarət alan şəxslə bağlı universitetdən AÇIQLAMA - YENİLƏNDİ

Kütləvi İnformasiya Vasitələrində Azərbaycan Texniki Universitetinin tələbəsi kimi təqdim olunan Əsədov Xalid Şücaət oğlunun bizim universitetlə heç bir əlaqəsi yoxdur.

Bu barədə Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev məlumat verib.

N.Abdullayevin sözlərinə görə, həmin şəxs universitetin tələbəsi olmadığı kimi, idman klubunun üzvü də deyil:

“Bundan əlavə, yaralanma hadisəsinin Azərbaycan Texniki Universitetinin idman salonunda baş verməsi iddiası da əsasızdır. Bizim idman sarayımızda belə bir hadisə baş verməyib. Bütün hallarda yaralanan gəncə tez sağalmasını arzu edirik”.

 

Azərbaycan Texniki Universitetində (AzTU) tələbə boyun nahiyəsindən kəsilmiş xəsarətlər alıb.

Hadisə ötən gün dərs saatında baş verib.

Məlumata görə, 1999-cu il təvəllüdlü Əsədov Xalid Şücaət oğlu idman dərsi zamanı, universitetin idman zalında nəzarətsiz şəkildə dəmir alətlə məşq edib. Bu zaman tələbənin əlindəki küt dəmir alət onun boynuna dəyib. Tələbə boyunun ön səthinin əzilmiş və kəsilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.


19:55 07.02.2018
Xəbər lenti
Bütün xəbərlər