KANAL24.AZ
Az Iw En Ru

Gədəbəydə "Niva" aşdı: ölən və yaralanan var

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Rayonun Qaradağ kəndində "VAZ 2121" (Niva) markalı minik avtomobili dərəyə aşıb. Yolun buzlu və sürüşkən olması səbəbindən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına meyllənib və çevrilib. Nəticədə avtomobildə olan 45 yaşlı kişi vəfat edib. Daha bir nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

 


01:03 05.02.2018
Xəbər lenti
Bütün xəbərlər