KANAL24.AZ
Az Iw En Ru

Nazirlər Kabinetinin məhkumlarla bağlı qərarında DƏYİŞİKLİK

Nazirlər Kabinetinin “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Bu barədə qərarı baş nazir Artur Rasi-zadəimzalayıb.

Dəyişikliyə görə, yerli icra hakimiyyəti orqanları ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısı və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərəcək.


23:29 02.02.2018
Xəbər lenti
Bütün xəbərlər