KANAL24.AZ
Az Iw En Ru

Bu qadın 4 ildir itkin düşüb - Polis AXTARIR

Daxili İşlər Nazirliyi Salyan rayon sakininin itkin düşməsi ilə bağlı məlumat yayıb.

Salyan rayonunun Şorsulu kənd sakini, 1979-cu il təvəllüdlü Ramella Bayramova 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmin qadının xarakterik əlamətləri belədir: boyu 157 santimetr, arıq bədən quruluşlu, nazik uzunsov qarayanız sifətli, qara qısa saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Salyan Rayon Polis Şöbəsinə 021-255-51-83 şəhər, (050) 296-96-80 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


21:41 02.02.2018
Xəbər lenti
Bütün xəbərlər