KANAL24.AZ
Az Iw En Ru

Ötən gün daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 131 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.


19:05 01.02.2018
Xəbər lenti
Bütün xəbərlər