KANAL24.AZ
Az Iw En Ru

Ağstafada yük avtomobili 29 yaşlı qadını vurdu

Bakı-Qazax yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ağstafa rayon Qırlı kənd sakini, 1989-cu il təvəllüdlü İlahə Şəhvələt qızı Sadıqova yolu keçən zaman yük maşını (TIR) tərəfindən vurulub. Piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, avtomobil Türkiyəyə yük aparırmış.

Faktla bağlı araşdırma aparılır.


17:05 31.01.2018
Xəbər lenti
Bütün xəbərlər