KANAL24.AZ
Az Iw En Ru

Jirinovski Qorbaçovu məhkəməyə verdi

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir JirinovskiMixail Qorbaçova qarşı məhkəmə iddiası qaldırıb. 

Kanal24 bu barədə “İnterfaks”a istinadla xəbər verir. 

Proses Moskvanın Timiryazev məhkəməsində keçiriləcək. İddia şəxsən Qorbaçov və “Ves mir” nəşriyyatına qarşı qaldırılıb və SSRİ prezidentinin “Kremldən sonra” (“Posle Kremlya”) kitabında  LDPR lideri haqqında fikirləri ilə bağlıdır. 

KİV-in məlumatına əsasən, Jirinovski Qorbaçovdan 1 milyon rubl məbləğində təzminat tələb edir. 


18:27 30.09.2015
Xəbər lenti
Bütün xəbərlər