KANAL24.AZ
Az Iw En Ru

"ABŞ-ın ilk müsəlman prezidenti mən olacam"

ABŞ-da Respublikaçılar partiyasından namizədliyini irəli sürmüş Ben Karson ölkənin başında müsəlman prezident görmək istəmədiyini bildirmişdi.

Avropa.info xəbər verir ki, Ben Karsona etiraz edən 12 yaşlı Yusuf Dayur adlı uşaq özünün çəkdiyi videoda ABŞ-ın ilk müsəlman prezidenti olacağını və prezident olduğu təqdirdə dinindən, inancından və dəri rəngindən asılı olmayaraq hər kəsə hörmət göstərəcəyini bildirib.

ABC News kanalınının xəbərinə görə sosial şəbəkədə videosunu paylaşan Yusuf Dayur Karsona bir neçə sual da verib:

“Kimsə sizə dərinizin rənginə görə prezident ola bilməyəcəyinizi desəydi, nə edərdiniz? Yaxud irqiniz və inancınız üzündən. Mən həm zənci, həm də müsəlmanam. Bu “müsəlmanlıq maneəsi”ni keçəcəyəm. İlk müsəlman prezident mən olacağam və görəcəksən ki, mən prezident olanda hər dindən, inancdan, dəri rəngi fərqli olan insan hörmət göstərəcəm”.

ABC News kanalına müsahibə verən Dayurun atası Həsən Məhəmməd Karsonun açıqlamasından sonra oğlunun etiraz videosu hazırlamaq istədiyini bildirib:

“12 yaşlı bir uşağın prezidentliyə namizədə bu cür reaksiya verə biləcəyini gözləmirdim. Oğlum çox ağıllıdır”

Uşağı atası deyib ki, oğlu ABŞ prezidenti olmaq üçün indidən addımlar atmağa başlayıb. Onu öz məktəbində prezident seçiblər.


23:18 29.09.2015
Xəbər lenti
Bütün xəbərlər