KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda piyadalara işıqqaytarıcı vasitələrdən istifadə etmək təklif olundu

Azərbaycanda yol qəzalarının qarşısının alınması üçün piyadaların xüsusi işıqqaytarıcı vasitələrdən istifadə etməsi təklif edilir.

Bu təkliflə Milli Məclisin (MM) Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov adıçəkilən komitənin bu gün keçirilən iclasında çıxış edib.

Ş.İsmayılov bildirib ki, ötən il təqribən 700-dən çox insan yol qəzalarında ölüb: 

“Bu, olduqca böyük rəqəmdir. Bir sıra ölkələrin qanunvericiliyində yol qəzalarının qarşısının alınması üçün məcburi şəkildə xüsusi işıqqaytarıcı vasitələrdən istifadə edilir. Bir çox ölkələrdə piyadalar üzərində xüsusi işıqqaytarıcı vasitələr olur və onlar gecə bir növ görünən hala gəlirlər. Bəlkə, biz də bunu araşdıraq və bu məsələni qanunvericliyə daxil edək?!”.


00:23 27.01.2018