KANAL24.AZ
Az Iw En Ru

Bədən tərbiyəsi ilə bağlı yeni qanun hazırlanır

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da parlamentin Gənclər və idman komitəsinin ilk iclası keçirilib.

Adıçəkilən komitənin sədri Fuad Muradov bildirib ki, hesabat dövründə komitənin iclaslarında bir neçə məsələ müzakirə olunub və plenar iclaslara tövsiyə edilib.

Onun sözlərinə görə, hesabat dövrü ərzində komitəyə 124 şikayət, ərizə, müraciət daxil olub və onlardan böyük qismi baxılması, həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib.

Komitə sədri deyib ki, 2018-ci ilin qanunvericilik işləri planına isə “Gənclər siyasəti haqqında”, o cümlədən, “Bədən tərbiyəsi və idman haqqında”, “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı haqqında” qanunlara dəyişikliklər məsələsi, “Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında” yeni qanun layihəsi və sair məsələlər daxildir.


00:02 27.01.2018