KANAL24.AZ
Az Iw En Ru

Zakir Qaralov Rusiya baş prokuroruna müraciət edib

Baş prokuror Zakir Qaralov Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının baş prokuroru Yuri Çaykaya müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən  müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.

Eyni zamanda, həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.


23:53 26.01.2018
Xəbər lenti
Bütün xəbərlər