KANAL24.AZ
Az Iw En Ru

Tərtər rayonundakı kənd orta məktəblərində insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici seminarlar keçirilib

Tərtər rayon kənd orta məktəblərində insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici seminar keçirilib.

Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  seminarlar Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşmaya əsasən aparılır.

Məktəblərin müəllim və şagirdlərin iştirakı ilə keçirilən seminarlarda cəmiyyətin Tərtər rayon bölməsinin sədri Etibar Heydərov məktəblilərə mövzunun mahiyyəti barədə danışaraq bu sahədə ən zəruri bilikləri çatdırıb.

Rayon bölməsinin könüllüləri hazırlanmış slayd əsasında insan alverinin qurbanları, həmin yola aparan səbəblər və onunla üzləşməmək üçün zəruri profilaktik tədbirlər barədə ətraflı məlumat veriblər. Mövzuya həsr olunmuş videoçarxlar nümayiş olunub, seminarlarda iştirak edən şagirdlərlə müzakirələr aparılıb, onları maraqlandıran suallara cavablar verilib.

Tədbirin sonunda könüllülər mövzu barədə hazırlanmış bukletləri şagirdlərə paylayıblar.


22:44 26.01.2018
Xəbər lenti
Bütün xəbərlər