KANAL24.AZ
Az Iw En Ru

Həcc ziyarətində vəfat edən azərbaycanlı zəvvar Məkkədə dəfn olundu

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar Əzizağa Şirinov Məkkədə dəfn olunub.
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarların müşahidə edən nümayəndəliyindən APA-ya bildiriblər ki, zəvvar torpağa tapşırılıb.
 
1936-cı il təvəllüdlü, Yardımlı rayon sakini Şirinov Əzizağa Məmmədqulu oğlu ötən gün günvurmadan dünyasını dəyişib.
 
Qeyd edək ki, Həcc ziyarəti zamanı daha iki azərbaycanlı düyasını dəyişib. 

20:34 29.09.2015
Xəbər lenti
Bütün xəbərlər