Milli Azərbaycan Tarixi Muzeyinə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin foto-şəkli hədiyyə edilib.
foto-şəkli Muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib. Foto-şəklin arxa hissəsində “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb. Foto-şəklin arxasında H.Z.Tağıyevin öz imzası da var.