KANAL24.AZ
Az Iw En Ru

Dünya Çempionatının kuboku Bakıya gətirilir

FİFA Dünya Çempionatının kubokunu 4-cü dəfə dünya turuna çıxaracaq.

Futbol dünyasının ən ali mükafatı 9 fevral tarixində Bakıda olacaq. Mükafat Heydər Əliyev adına Beynəlxalq Hava limanında sərgiləndikdən sonra “Gənclik Mall” ticarət mərkəzinə qoyulacaq.

“Coca-Cola” tərəfindən təşkil olunan “FIFA Dünya Çempionatı Kuboku Turu” (FİFA World Cup Trophy Tour) milyonlarla futbol azarkeşinə dünyanın ən böyük idman hadisəsi olan futbol üzrə 2018-ci il Dünya Çempionatının bir hissəsi olmaq və bu andan zövq almaq imkanı verir. Şirkət bu təşəbbüsü Azərbaycanda uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində irəli sürüb.

Qeyd edək ki, tur 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Tur altı qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 000 km keçərək yolunu futbol üzrə 2018-ci il Dünya Çempionatında başa vuracaq.


01:50 23.01.2018
Xəbər lenti
Bütün xəbərlər