KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan dəmiryolunda yeni lokomotivlər

Son vaxtlar dəmiryolun lokomotiv parkının və vaqon parkının, eləcə də texniki vasitələrin yenilənməsi istiqamətində mühüm addımlar atılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Kanal24-ə daxil olan məlumata görə, bu günlərdə yükdaşımada istifadə olunacaq sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb, onlardan 2-si Azərbaycana gətirilib. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilib.

Bildirilib ki, son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, rəqabət gücünün artırılmasına təkan verir. Bu il avqustun 3-də Çin Xalq Respublikasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gəlib.

Gələcəkdə konteyner daşımalarının artması proqnozlaşdırılır. Məhz bu səbəbdən konteyner daşımalarında istifadə olunan texniki vasitələrin yenilənməsinə ehtiyac yaranıb.

Bu gün Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş “Valmet” markalı 45 tonluq konteyneryükləyici kran gətirilib.

 

Azərbaycan dəmiryolunda yeni lokomotivlər -  Fotolar
Azərbaycan dəmiryolunda yeni lokomotivlər -  Fotolar

 


01:31 22.09.2015
Xəbər lenti
Bütün xəbərlər