KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan gələn il cari neft-qaz hasilatı həcmini saxlamağı planlaşdırır

Gələn il Azərbaycanda neft-qaz hasilatının həcminin 2015-ci ildəki səviyyədə saxlanılması planlaşdırılır. Bu barədə "Reuters" agentliyi SOCAR-ın nümayəndəsinə istinadən xəbər verir.

Nümayəndənin sözlərinə görə, 2016-cı ildə təqribən 40 milyon ton neft və 30 milyard kubmetr qaz hasilatı planlaşdırılır: "Bu, cari il üçün planlaşdırdığımız səviyyəyə bərabərdir".

Qeyd edək ki, bu il Azərbaycanda təqribən 40,7 milyon ton neft və 30,2 milyard kubmetr qaz hasil edilməsi planlaşdırılır.


01:09 22.09.2015
Xəbər lenti
Bütün xəbərlər