KANAL24.AZ
Az Iw En Ru

Fazil Məmmədovun yeznəsi işdən çıxarıldı

Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.
 
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.
 
Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.

02:31 27.12.2017
Xəbər lenti
Bütün xəbərlər