KANAL24.AZ
Az Iw En Ru

Afrikada İsrail səfirliyi açılır

İsrail Afrikanın mərkəzi hissəsində yerləşən Ruandada öz səfirliyini açır.Bu haqda Keniyada səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu Ruandada səfirliyin açılacağını bəyan edib.

Bu razılaşma baş nazirin Keniyanın paytaxtı Nayrobidə Ruandanın prezidenti Pol Kaqame ilə görüşündə imzalanıb.Nitanyahu bildirib ki,İsrailin Afrikada səfirliyinin açılışı Aftika-İsrail arasında əməkdaşlığın dərinləşməsinin bir hissəsidir.Bu baş nazirin 6 ay içində Afrikaya 3 -cü səfəridir.Kaqame ilə görüşündən əlavə baş nazir Keniya, Qabona, Uqanda, Tanzaniya, Zambiya, Cənubi Sudan, Botsvana, Nambiya və Efiopiyanın da liderləri ilə görüşüb. İsrail və Ruanda, 1973 -cü ildə Yom Kippur müharibəsindən sonra ilk dəfə 1994 cü ildə diplomatik əlaqələri bərpa edib.Buna baxmayaraq indiyə qədər Ruandada İsrail səfirliyi olmayıb.


22:00 30.11.2017
Xəbər lenti
Bütün xəbərlər