KANAL24.AZ
Az Iw En Ru

Bali adasında fövqəladə hal rejiminin vaxtı uzadıldı

Bali adasında fövqəladə hal rejiminin vaxtı 10 dekabra kimi uzadılıb. 

Yerli hökumət belə bir qərarı Aqunq vulkanının püskürməkdə davam etməsi ilə bağlı qəbul edib. 

Qeyd edilir ki, yaxınlıqda yerləşən Lombok adasındakı hava limanı da dekabrın 1-nə kimi bağlanıb.

Xatırladaq ki, 1963-cü ildən “yatmış” vəziyyətdə olan Aqunq vulkanının kraterindən noyabrın 21-də tüstü qalxmağa başlayıb. Noyabrın 26-da vulkanın aktivliyi güclənib və havaya kül püskürməyə başlayıb. 

Vulkanoloqlar külün ardınca istənilən an “partlayışla müşayiət olunan püskürmənin” baş verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.


17:50 30.11.2017
Xəbər lenti
Bütün xəbərlər