KANAL24.AZ
Az Iw En Ru

"Zenit"in futbolçusu evinin yaxınlığında döyüldü

Rusiyanın "Zenit" klubunun futbolçusu Denis Terentyev Sankt-Peterburq şəhərindəki mənzili yaxınlığında döyülüb. 

Hadisə avtomobillərin bir-birilərinə yol verməməsi üstündə baş verib.

Nəticədə digər avtomobildən düşən 2 şəxslə maşınında tək olan Terentyev dalaşıb. 25 yaşlı müdafiəçi təklikdə olduğu üçün döyüşdə rəqiblərinə uduzub. Hadisə barədə sosial şəbəkədə status paylaşan futbolçunun xanımı şahidlərə ərinin tapılması üçün müraciət edib: "Ərim heç nəyi xatırlamır. Onu hadisə yerindən təcili yardım aparıb. Denis başından zədə alıb".

 

Qeyd edək ki, "Denis Terentyev "Zenit"in yetirməsi olsa da, 2012-ci ildən müxtəlif komandalarda icarədə olub. O, yayda Sankt-Peterburq komandasına qayıdıb.


17:36 30.11.2017
Xəbər lenti
Bütün xəbərlər