KANAL24.AZ
Az Iw En Ru

Yəhudi qəbristanlığı Ümumdünya Memarlıq Festivalında mükafata layiq görülüb

Böyük Britaniyanın Buşha şəhərciyində salınmış yeni yəhudi qəbristanlığı, Ümumdünya Memarlıq Festivalında beynəlxalq dizayn mükafatına layiq görülüb.

Birləşmiş Sinoqoqlar (OS) tərəfindən nəzarət olunan, may ayında İngiltərənin baş ravvini tərəfindən ziyarət edilən qəbirsanlıq, təbii xüsusiyyətləri və ekoloji landşaftına görə, münsiflər heyəti tərəfindən "din" kateqoriyası üzrə mükafatlandırılıb.OS prezidenti Maykl Qoldşteyn, qəbirsanlıqda yaratdıqları gözəlliklərə verdikləri əməyə görə, Waugh Thistleton memarlıq idarəsinə dərin təşəkkürünü bildirib.İdarənin memarları məzarlıqda su obyektləri inşa etmiş, divarları preslənmiş təbii materiallardan istifadə edilmiş xüsusi müasir otaqlar yaratmışlar.Waugh Thistleton memarlıq idarəsinin direktoru Endryu Vo dryib ki :"Biz beynəlxalq səviyyədə rəqabət apararaq belə bir nüfuzlu mükafatı qazandığımız üçün çox şadıq.Layihənin müvəffəqiyyəti üçün OS rəhbərliyi və əməkdaşlarının dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edir."


21:45 28.11.2017
Xəbər lenti
Bütün xəbərlər