KANAL24.AZ
Az Iw En Ru

Dağ Yəhudiləri Ümümdünya Konqresinin tədbiri keçirildi

Noyabrın 23 -də Moskvada BMT-nin İnformasiya Mərkəzində, Dağ Yəhudiləri Ümümdünya Konqresinin, qeyri hökumət təşkilatı statusu və BMT İqtisadi və Sosial Şurası daxilində məşvərətçi statusu almağı münasibətilə təntənəli tədbir keçirilib.

Dağ Yəhudilərinin Ümumdünya Konqresi 2003 -cü ildə,dağ yəhudilərini dünyaya tanıtmaqda böyük işlər görmüş, görkəmli iş adamı və ictimai xadim Zaur Tairoviç Gilalov tərəfindən yaradılıb.Hazırda Konqresə onun qardaşı Akif Gilalov rəhbərlik edir.Konqres qeyri hokümət təşkilatı və ECOSOC daxilində məşvərətçi statusu aldıqdan sonra, insan hüquqları və azadlığı mövzularının müzakirəsində beynəlxalq səviyyədə iştirak edə biləcək.Tədbirdə BMT-nin İnformasiya mərkəzinin direktoru Vladimir Valeryeviç Kuzneçov, Dağ yəhudiləri Ümumdünya Konqresinin əhbəri Akif Gilalov, Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Volfoviç Jirinovskiy, eləcə də,Rusiyada fəaliyyət göstərən bir neçə xarici ölkələrin səfirləri çıxış ediblər .Rusiya Prezident Adminstrasiyasının nümayəndələri, şəhər icra hakimləri, dövlət rəsmiləri, incəsənət və mədəniyyət xadimləri və bütün dinlərdən olan dini rəhbərlər xüsusi qonaq kimi tədbirdə iştirak ediblər.Tədbirdə Konqresin təsisçisi Zaur Gilalov haqqında çəkilmiş filmin təqdimatı olub.


21:36 28.11.2017
Xəbər lenti
Bütün xəbərlər