KANAL24.AZ
Az Iw En Ru

İsraildə terror aktının qarşısı alındı

Noyabrın 27 -sı günün ikinci yarısında Sərhəd Qoşunları dəstəsi Hevronda Patriarx Mağarasının girişində daha bir terror hücumunun qarşısını alıblar.

Polis mətbuatının məlumatına görə, sərhədçilər (MAQAV) şübhəli görünən 17yaşlı fələstinli gəncin mağaraya girmək istədiyini görərək saxlayıblar.Şübhəlinin üzərindən uzun iti bıçaq tapılıb.Tutulan şəxs soruşdurma üçün xüsusi xidmət nümayəndələrinə təslim edilib.Hadisə zamanı zərərçəkən olmayıb.


21:30 28.11.2017
Xəbər lenti
Bütün xəbərlər